BAKI, 19 iyun. TELEQRAF
Məhəmməd Kərəmi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının yeni komandiri təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
O, bundan əvvəl ölkənin cənub-şərqində yerləşən SEPAH Quru Qoşunlarının Qüds bazasının komandiri vəzifəsində çalışıb.