RU

bp-yə yeni regional prezident təyin olunub

Ciovanni Kristofoli (Giovanni Cristofoli) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, Ciovanni Kristofoli vəzifəsinin icrasına bu ilin 1 oktyabr tarixindən başlayacaq və bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.

Hazırda bp-nin texniki həllər bölümünün baş vitse-prezidenti olan Kristofoli şirkətin apstrim, emal, az karbonlu enerji və iştirakçısı olduğu birgə müəssisə bizneslərinə xidmət və çözümlər təqdim edən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi altında bp texniki xidmət, qurğuların və avadanlıqların bütövlüyü və davamlılığı, sualtı işlərlə bağlı xidmətlər və bir çox digər sahələrdə işlərin yerinə yetirilməsi tərzini transformasiya edib.

Ciovanni Kristofoli bu vəzifədə bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından uğurla rəhbərlik edən Qəri Counzu əvəz edəcək.

Избранный
11
16
yeniazerbaycan.com

10Источники