RU

Reyd keçirildi: 16 sürücü barədə protokol tərtib edildi

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində daşıyıcıların qanunvericiliyə uyğun fəaliyyətini yoxlamaq və sürücüləri maarifləndirmək məqsədilə reyd keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 
Bildirilib ki, AYNA və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) birgə reydində nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi müayinəsi, buraxılış vəsiqələri və kartlarının mövcudluğu yoxlanılıb.
 
Belə ki, 20 yük və 21 sərnişindaşıma təyinatlı nəqliyyat vasitəsinin 11 sürücüsündə tələb olunan sənədlər aşkarlanıb. 14 sürücü maarifləndirilib, 16-sı barəsində inzibati protokol tərtib edilib.
 
Daşıyıcılara reysqabağı texniki baxışı və tibbi müayinəni təmin etmək, sifarişli daşımalar zamanı formulyarı doldurmaq tövsiyə olunur.
Избранный
20
moderator.az

1Источники