RU

Kanada donanması 5-ci patrul buzqıran gəmi ilə güclənib

Kanada Kral donanması Qalifaks şəhərində yerləşən İrvinq Shipbuilding zavodu tərəfindən inşa edilmiş 5-ci buz sinifli patrul gəmisini təhvil alıb.

Herbiand.az bildirir ki, gəmi 1812-ci il müharibəsi zamanı qəhrəmancasına fərqlənmiş kanadalı dəniz piyadası zabiti Frederik Rolettin şərəfinə adlandırılıb.

Kanada hökuməti və İrvinq Shipbuilding zavodu 2015-ci ildə altı yeni Arktika sinifli patrul gəmisinin tədarükü üçün müqavilə imzalayıblar. Müqavilənin dəyəri 3,5 milyard Kanada dolları olub.

Patrul buzqıran gəmisinin hərəkət gücü iki dizel mühərriki və dörd generatordan ibarətdir ki, bu da ona açıq suda 17 düyün, qalınlığı 1 metr buzla hərəkət edərkən 3 düyünə qədər sürət əldə etməyə imkan verir. Ekipaj 65 nəfərdir (22 nəfər üçün əlavə yaşayış yeri mümkündür - dəniz piyadaları, xüsusi əməliyyatlar xidmətinin döyüşçüləri, tibb işçiləri və ya elmi ekspedisiyaların iştirakçıları).

Gəm Britaniyanın BAE Systems şirkətinin 25 mm-lik Mk.38 artilleriya sistemi və Amerikanın iki 12,7 mm-lik Browning-M2 pulemyotu ilə silahlanıb. CH-148 “Cyclone” və ya CH-149 “Cormorant” helikopterlərindən biri göyərtəyə enə bilər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
5
herbiand.az

1Источники