RU

ABŞ ictimaiyyəti İrana hava hücumlarına qarşıdır

BAKI, TurkicWorld

Amerikalıların əksəriyyəti İrana mümkün hava hücumlarını dəstəkləmir.

TurkicWorld xəbər verir ki, ABŞ-da aparılan yeni bir sorğuya əsasən, amerikalıların 45 faizi ölkələrinin İrana qarşı mümkün hava hücumlarını dəstəkləmir.

“Wall Street Journal” (WSJ) jurnalının keçirdiyi sorğuda iştirak edən 1000 nəfərdən 45 faizi açıq şəkildə bu cür hərbi müdaxilənin əleyhinə olduğunu bildirib. Sorğu iştirakçılarının 30 faizi mövzu ilə bağlı fikrinin olmadığını, yalnız 25 faizi isə mümkün hava hücumlarını dəstəklədiyini qeyd edib.

Demokrat seçicilərin üçdə ikisi İrana qarşı hərbi müdaxiləyə qarşı çıxdıqları halda, respublikaçılar arasında bu dəstək 47 faiz səviyyəsində olub. Respublikaçıların 24 faizi isə hücumlara qarşı çıxıb, 29 faizi isə qərarsız qaldığını bildirib.

Respondentlərin 70 faizi İranın nüvə proqramını ABŞ üçün təhlükə olaraq qiymətləndirib. Həmçinin, sorğuda iştirak edənlərin 39 faizi ABŞ-ın İranla genişmiqyaslı müharibəyə girəcəyi ehtimalından “çox narahat” olduğunu, 43 faizi isə “müəyyən qədər narahat” olduğunu bildirib.

Qeyd edək ki, bu sorğu, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar və artan gərginlik fonunda ABŞ ictimaiyyətinin bölgədəki münaqişəyə dair mövqeyini öyrənmək məqsədilə aparılıb. Sorğu iştirakçılarının əksəriyyəti (10 nəfərdən 7-si) İsrailin İrana qarşı son hücumlarından xəbərdar olduğunu deyib.

Избранный
5
turkic.world

1Источники