RU

ÜST Qəzzaya tibbi ləvazimat və yanacaq çatdırmağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzza zolağına tibbi ləvazimatlar və yanacağın maneəsiz daxil olmasına çağırıb.

Herbiand.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Baş direktor bölgədə dərhal atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb.

Qebreyesus deyib ki, Xan Yunus şəhərindəki Nasser Xəstəxanası şiddətli hücumlar və təchizat çatışmazlığı səbəbindən praktiki olaraq işləmir. Onun sözlərinə görə, bir gün əvvəl tibb müəssisəsinə baş çəkən ÜST missiyasının üzvləri belə qənaətə gəliblər.

ÜST rəhbəri əlavə edib ki, hazırda xəstəxanada 590 xəstə var ki, bu da onun imkanlarından demək olar ki, iki dəfə çoxdur.

Избранный
7
herbiand.az

1Источники