RU

Polisə silahlı müqavimət göstərən şəxs: Yazıb-oxumaq bilmirəm, məktəbə getməmişəm

Bakını Binəqədi rayonunda polisə silahlı müqavimət göstərməkdə və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən 1986-cı il təvəllüdlü Ceyhun Aslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə) maddəsi ilə məhkum edilib, orta məktəbdə oxumayıb, yazıb-oxumağı bacarmır. Bu səbəbdən iş materialları ilə tanış olmayıb. Sənədlərə müstəntiq imza atdırıb.

Ceyhun Aslanov bildirib ki, müstəntiqin yanında vəkili Vahid Məmmədov da olub: "Vəkil işdə olan sənədləri mənə izah etmədi, hüquqlarım da izah olunmadı. İşin məzmunu barədə mənə heç bir söz deyilmədi. Vəkil yalnız onu dedi ki, kağızlara imza at, hər şey yaxşı olacaq. Qoca kişi idi, tez-tez çölə çıxırdı. Deyirdi, şəkərim var".

Daha sonra hakim təqsirləndirilən şəxsə hüquq və vəzifələrini izah edib. Ona dövlət hesabına təyin olunmuş vəkil Nərgiz Abdullayeva təqdim olunub.

Hakim bildirib ki, təqsirləndirilən şəxsə ittiham aktı və digər sənədlər təqdim olunacaq, ona işlə tanış olmaq üçün şərait yaradılacaq.

Hakim təqsirləndirilən şəxsə işlə vəkili ilə birlikdə tanış olmasını məsləhət görüb.

Избранный
5
1
publika.az

3Источники