BAKI, 19 iyun. TELEQRAF
“Bizim dünyanı dərk etmək üçün öz formulumuz yoxdur, problem budur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Görmürsünüzmü, nə deyirlər? Onların (müxalifətin) bura qoyduğu hər şey Ermənistanda doğulan təsəvvür deyil, hamısı bu kürsüyə gətirilən və təqdim olunan yad diskursdur. Biz bu problemlə üzləşməyə borcluyuq. Müxalifətdən olan deputat deyir ki, xalqımızdan nə istəyirsiniz? Deyə bilərəm: dünyanı dərk etməyimizi”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, erməni xalqı yol hərəkəti qaydalarını bilmədən daim küçəyə çıxan, daim qəzaya düşən adama bənzəyir.