RU

İşğaldan azad edilmiş ərazilərdə içməli suyun verilməsində yaranan fasilələr gələcəkdə aradan qaldırılacaq

BAKI, 19 iyun. TELEQRAF

"İşğaldan azad edilmiş ərazilərdə içməli su mənbələrinin yeni-yeni tikildiyinə görə ola bilər ki, haradasa suyun verilməsində fasilələr baş versin. Lakin gələcəkdə biz müasir imkanlardan istifadə edərək bu fasilələri aradan qaldıracayıq."

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın olduğu bütün ərazilərdə içməli su şəbəkələri və anbarları təmin edilir. Bu işlər mütəmadi olaraq davam etdiriləcək.

Избранный
9
teleqraf.com

1Источники