RU

Qusarda çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qusarçay çayının Qusar rayonu Bala Qusar kəndinin inzibati ərazisinin yaxınlığından keçən hissəsində fiziki şəxs Fərid Babayev və Həsənqala kəndinin inzibati ərazisinin yaxınlığından keçən hissəsində fiziki şəxs Fəxrəddin İsayev, Vəlvələçay çayının Quba rayonu Talabıqışlaq kəndinin inzibati ərazisinin yaxınlığından keçən hissəsində fiziki şəxs Ələsgər Babayev və Paşaoba kəndinin inzibati ərazisinin yaxınlığından keçən hissəsində Sənan Rəhimlinin istifadəsində olan qum-çınqıl karxanalarından ümumilikdə 858,0 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib.


Faktlarla bağlı müvafiq olaraq Quba rayonu İkinci Nügədi kənd sakini Fərid Babayev barəsində fiziki şəxs qismində, karxanaların iş icraçıları Şaiq Teymurov, Rəhman Axundov, Rəhimli Sənan barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər. Ekologiya.az
Избранный
10
ekologiya.az

1Источники