RU

Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev ilə görüşüb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin vergi administrasiyaları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər rəqəmsal texnologiyaların tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın artırılması sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

DVX rəisi Azərbaycan və Özbəkistan arasında vergi sahəsində formalaşan əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb. Orxan Nəzərli vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatların qarşılıqlı maraq doğurduğunu, bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib.

Özbəkistan Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev isə Azərbaycanın son illərdə vergi sahəsində həyata keçirdiyi islahatları təqdir etdiyini bildirib və bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Избранный
6
33
yeniazerbaycan.com

10Источники