RU

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib (FOTO)

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-da İqlimlə ƏlaqəliKorporativ İdarəetmə (Climate-related Corporate Governance – CCG)layihəsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)və layihə üzrə məsləhətçi xidməti təqdim edən “Ernst&Young”(EY) şirkətinin nümayəndələri ilə yekun görüş keçirilib.

Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.

Bildirilib ki, görüş zamanı ASCO-nun iqlim dəyişiklikləri iləbağlı risk və imkanlara hazırlığı, bu faktorların şirkətin stratejiinkişaf planlarına və uzunmüddətli hədəflərinə inteqrasiyasıməsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin layihəçərçivəsində hazırlanmış “CCG Fəaliyyət Planı” və “DavamlılıqlaƏlaqəli Kreditlər (SLL) üzrə Fəaliyyət Planı” təqdim olunub.

CCG layihəsi ASCO-nun fəaliyyətində iqlimlə bağlı risk vəimkanların daha effektiv nəzərə alınmasını, bu sahədə qərarvermə vəplanlaşdırma proseslərinin beynəlxalq standartlarauyğunlaşdırılmasını hədəfləyir. Hazırlanmış “CCG Fəaliyyət Planı”şirkətin Paris İqlim Sazişinin məqsədlərinə uyğun fəaliyyətəkeçidini təmin etməyə xidmət edir.

Layihənin əsas komponentlərindən biri olan “Davamlılıqla ƏlaqəliMaliyyələşdirmə Çərçivəsi” (Sustainability-Linked Finance Framework– SLFF) vasitəsilə ASCO-nun beynəlxalq maliyyə bazarlarındadavamlılıqla əlaqəli kreditlər (SLL) və istiqrazlar (SLB) kimimaliyyə alətlərinə çıxışı asanlaşdırılır. Bu isə şirkətə iqlimməqsədlərinə nail olmaq üçün tələb olunan maliyyə resurslarını dahaəlverişli şərtlərlə cəlb etməyə imkan verəcək.

Görüşdə, həmçinin şirkət üzrə iqlim risklərinin ssenari analizi,fiziki və keçid risklərinin qiymətləndirilməsi, eləcə də TCFD (TaskForce on Climate-related Financial Disclosures) və AYİB-in “CCGQiymətləndirmə Metodologiyası” əsasında aparılmış korporatividarəetmə təhlilinin nəticələri təqdim edilərək müzakirəolunub.

ASCO-da
ASCO-da
ASCO-da
ASCO-da
ASCO-da
ASCO-da
Məqalədə:
Избранный
2
6
az.trend.az

7Источники