RU

 Dəridəki günəş ləkələrini bu üsullarla YOX EDİN

Günəşinn ultrabənövşəyi şüalari dəriyə zərər verə və günəş ləkələrinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, günəş ləkələrini aradan qaldırmaq üçün istifadə edilən kosmetik məhsullar çox vaxt gözlənilən effekti vermir. 

Kosmetik məhsullar əvəzinə təbii üsulların istifadəsi zamanı dəridəki günəş ləkələrindən ən qısa zamanda asanlıqla xilas olmaq mümkündür.

Günəş ləkələrindən qurtulmağın praktiki üsullarını təqdim edirik :

Aloe vera geli:  Aloe vera bitkisində olan təbii gel dəri hüceyrələrini yeniləməyə kömək edir. Dərinin zədələnməsini aradan qaldırmaq, dərini yeniləmək və günəş ləkələrini aradan qaldırmaq üçün gündə 1-2 dəfə ləkə olan bölgəyə təmiz aloe vera geli çəkmək ləkələri aradan qaldırmağa kömək edəcək.

Bal və limon:  Bal dərini nəmləndirir və qıcıqlanmanın qarşısını alır. Limon təbii ağartıcıdır. Dəridəki günəş ləkələrini bal və limon qarışığı ilə yox etmək mümkündür. Bu üsulu tətbiq etmək üçün 1 çay qaşığı təzə limon suyunu 1 çay qaşığı bal ilə qarışdırıb ləkələrə çəkmək və 15 dəqiqə gözləmək, daha sonra isə yumaq lazımdır. Bu üsulu həftədə 2-3 dəfə tətbiq etmək kifayət edəcək. 

Alma sirkəsi:  Alma sirkəsindəki sirkə turşusu dəri tonunu tarazlamağa kömək edir. Alma sirkəsi ilə günəş ləkələrini aradan qaldırmaq çox asandır. Günəş ləkələrini alma suyu sirkəsi ilə aradan qaldırmaq üçün bərabər hissələrdə su və alma sirkəsini qarışdırıb qarışığı pambıq ilə dəriyə çəkmək və 10 dəqiqə gözləmək lazımdır.

Mina Mikayılova

Избранный
7
1
bakivaxti.az

2Источники