Türkiyənin Adana şəhərində meşə yanğınını söndürməyə yollanan təyyarə Seyhan Dam gölü üzərində qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə “Habertürk TV” telekanalına bölgənin qubernatoru Yavuz Selim Köşger bildirib.
Hadisə nəticəsində pilotlar xəsarət alıblar.