RU

Dövlət televiziyan şüşədəndirsə, ...

İsrailin Tehrana endirdiyi hava hücumlarında hədəf alınan məqamlardan biri İran Radio və Televiziya Korporasiyasının (İRİB) şəhərciyindəki və ictimaiyyət arasında “Şüşə bina” kimi tanınan bina olub.

İsrail iyunun 16-da İranda mülki yaşayış məntəqələrinə hücumlar edəcəyini elan etdikdən və Tehranın 3-cü Bölgəsinə evakuasiya bildirişi verdikdən sonra İRİB binasını vurub.

İRİB şəhərciyindəki “Şüşə bina” kimi tanınan məşhur tikili döyüş təyyarələrindən atılan 4 raketlə vurulub.

Hücumdan sonra binaya dəyən böyük ziyan görüntülənib. Hücum zamanı binanın şüşə fasadlarının böyük bir hissəsi tamamilə qırılıb, ofis mərtəbələrində güclü yanğın baş verib.

Ofislərin əksəriyyəti tamamilə yanaraq yararsız hala düşərkən, elektron avadanlıqların, yayım cihazlarının və arxiv otaqlarının da dağıdıldığı müşahidə edilir.

Kampusda çalışan işçilərdən alınan məlumata görə, hücumda 3 jurnalist həyatını itirib, bəziləri isə yaralanıb.

Qurumun bəzi yayım və texniki bölmələrinə ciddi ziyan dəydiyi, yayım axınında qısamüddətli fasilələrin olduğu bildirilib. Hücuma məruz qalan “Şüşə bina” İRİB-in simvolik strukturlarından biri, fars-molla rejiminin təbliğat maşını illərdir həm yerli, həm də beynəlxalq verilişlərə ev sahibliyi edir.

İsrailin hücumundan sonra başlanan zərərin qiymətləndirilməsi işləri davam edir.

Избранный
5
vaxt.az

1Источники