RU

“İranın iki yolu var”

“MOSSAD”ın Tədqiqat Departamentinin keçmiş rəhbəri Sima Şayn İranın İsrailin hücumlarına cavab verməsi üçün iki variantı təsvir edib. Şayn İranın nüvə ambisiyalarını məhv etmək üçün ABŞ-ın dəstəyinin İsrail üçün kritik əhəmiyyət daşıdığına da diqqət çəkib.

“Jerusalem Post” qəzetinin məlumatına görə, bir vaxtlar “MOSSAD”ın Tədqiqat Departamentinin rəhbəri olmuş və hazırda Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda İran və “Şiə oxu”nun tədqiqat proqramını idarə edən Şayn, İsrailin iyunun 13-də “Yüksələn Aslan” əməliyyatına başlamasından bir gün sonra keçirilən xüsusi iclasda öz təhlilini paylaşıb.

Keçmiş “MOSSAD” rəsmisi Şayn hesab edir ki, İsrailin İrana ilk hücumu onun hərbi və kəşfiyyat imkanlarının diqqətəlayiq nümayişi olub, lakin ABŞ-ın daha fəal rol almadan İranın nüvə proqramını tamamilə aradan qaldırmaq mümkün deyil.

Şaynın sözlərinə görə, İran hücumlara cavab olaraq əlində olan hər şeydən istifadə edəcək. Bu o deməkdir ki, israillilər Daxili Cəbhə Komandanlığının istənilən göstərişinə qarşı ehtiyatlı olmalıdırlar.

“Cavab asimmetrik ola bilər”, – deyən keçmiş “MOSSAD” rəsmisi Avropada və başqa yerlərdə İran qüvvələrinə işarə edərək, “İranın cavab tədbirinin bir hissəsi Nüvə silahlarının yayılmaması haqqında müqavilədən (NPT) çıxmaq və müfəttişləri ölkədən çıxarmaqla vəziyyəti diplomatik şəkildə gərginləşdirmək ola bilər”, – deyib.

İran İsrailin bombardmanlarına, xüsusilə Tel-Əviv və Hayfaya böyük ziyan vuran pilotsuz təyyarələr və raket zərbələri ilə cavab verib.

Избранный
4
vaxt.az

1Источники