AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Şamaxı"nın şikayətini qismət təmin edib.
"Football-plus.az" xəbər verir ki, Arbitraj Tribunalı İntizam Komitəsinin "Şamaxı"nın U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı qərarı əsassız hesab edib
Qərarda bildirilib: 22 aprel 2025-ci il tarixdə AFFA U-15 Liqasında "Şamaxı" və "Metak" arasında keçirilən oyunda "Şamaxı"nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edilsin.
Vüqar Süleymanov 6 oyun diskvalifikasiya olunub, "Şamaxı" 500 manat məbləğində cərimələnib. Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта