RU

Timor-Leste Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Timor-Leste Demokratik Respublikasının Prezidenti CozeRamuş-Horta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizə,Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimiçatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılmasının qeydolunduğu bu tarixi gün çətin dövrdə belə azadlıq, demokratiya vəbərabərlik ideallarını cəsarətlə və inamla qorumağı bacaran xalqınmətanətini bütün dünyaya xatırladır.

Ötən onilliklər ərzində Azərbaycan tarixi yol keçərək biziruhlandıran yenidənqurma işləri ilə müasir, inkişaf etmiş birdövlət qurmuş, suverenliyini bərpa etmişdir.

Ölkələrimiz arasındakı dostluğa görə Sizə minnətdarlığımızıçatdırır, siyasi əlaqələrin, eləcə də təhsil, mədəniyyət, enerji,davamlı inkişaf, çoxtərəfli dialoq sahələrində ikitərəflimünasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsi ilə bağlıniyyətimizi bir daha bildirirəm.

Zati-alinizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik,qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıqarzulayıram".

Избранный
329
50
az.trend.az

10Источники