RU

İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

İranda İsrailin kiberhücumları nəticəsində iki bankın – "Bank SEPAH” və "Bank Pasargad”ın informasiya sistemlərinin işində nasazlıq baş verib.

Bu barədə İran KİV-I ölkə komandanlığına istinadən məlumat verib.

"Kompüter təhlükəsizliyi üzrə mütəxəssislərimiz banklardan birinin sistemlərindəki nasazlığı tez bir zamanda aradan qaldıra biliblər və hazırda ikinci bankın sistemlərinin işini bərpa etməyə çalışırlar", - məlumatda bildirilib.

KİV-in məlumatına görə, İsraillə əlaqəli "Predatory Sparrow" haker qrupu çərşənbə axşamı "Bank SEPAH”ın sistemlərinə hücum edərək onun məlumatlarını məhv etdiyini, çərşənbə günü isə "Nobitex” kriptovalyuta birjasına hücum etdiyini bildirib.

ABŞ KİV-in məlumatına görə, "Predatory Sparrow” kriptovalyuta birjasından 90 milyon dollar oğurlayıb.


Избранный
12
7news.az

1Источники