RU

“Şamaxı” “Karvan”la yoxlama oyunu keçirəcək

Xəbər verdiyimiz kimi, “Şamaxı” Azərbaycan Premyer Liqasının yeni mövsümünün hazırlığına iyulun 5-də Qəbələ şəhərində start verəcək.

Arena.az xəbər verir ki, artıq sözügedən komandanın bu toplanış zamanı yoxlama oyunu keçirəcəyi ikinci rəqibi də məlumdur.

Belə ki, Ayxan Abbasov komandasını elitaya yenicə vəsiqə qazanmış “Karvan”la görüşdə sınaqdan keçirəcək. Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma iyulun 21-də Qəbələ şəhər stadionunda keçiriləcək.

“Şamaxı” toplanış zamanı keçirəcəyi ilk yoxlama oyununda da “Qəbələ” ilə qarşılaşacaq. Bu qarşılaşma da iyulun 14-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı”nın yay təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək. Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır. Digər rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.

Избранный
11
1
arena.az

2Источники