RU

“Liverpul” Viteslav Yaroşu icarəyə göndərdi

İngiltərə çempionu “Liverpul” 23 yaşlı çex qapıçısı Viteslav Yaroşu icarə müqaviləsi əsasında “Ayaks”a yola salıb.

Arena.az bu barədə “Ayaks”ın rəsmi saytına istinadən məlumat verir.

Yaroş iyul ayından Niderland nəhənginə qoşulacaq. Ödənişsiz əsasda nəzərdə tutulmuş icarə müqaviləsi qarşıdakı 2025/2026-cı illər mövsümünü əhatə edəcək.

Viteslav Yaroş “Liverpul”un məzunudur və böyük futbolda “qırmızlar”ın heyətində debüt edib. Amma Yaroşun ömrü icarələrdə keçib. Qapıçı “Sent-Patriks Atletik”, “Notts Kaunti”, “Stokport Kaunti” və “Şturm”da icarə əsasında çıxış edib.

Ümumilikdə Yaroş İngiltərə nəhəngi üçün 2 oyun keçirib, 2 qol “yeyib”, 1 oyundan “quru” qurtulub.

Yaroş 2024-cü ilin iyun ayında Çexiya yığmasında debüt edib, həmin oyunda 1 qol buraxıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı çex qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Избранный
13
arena.az

1Источники