Türkiyənin Rizə şəhərinin Çamlıhemşin rayonunda yerləşən Əğrisu Yaylasında qarla mübarizə işləri aparılır.
Redaktor.az xəbər verir ki, yüksək dağlıq ərazilərdə Rayon Xüsusi İdarəsinin işçiləri qar təmizləmə fəaliyyətlərini davam etdirirlər. May ayında Avusor və Kavrun yaylalarına gedən yolların açılmasından sonra, iyun ayında Əğrisu Yaylasında işlərə başlanılıb.
Bəzi yerlərdə qar qalınlığı 2 metrə çatıb. ərazidə yolların nəqliyyat üçün açılması məqsədilə ağır texnika ilə intensiv işlər görülür.
Kənan YUSİF