Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakışəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın başverməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-inDövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərininqüvvələri cəlb olunub.
Trend xəbər verir ki, buhaqda FHN-in Mətbuat Xidməti məlumat verib.
Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda başvermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb.