RU

Yerin tam buzlaşması zamanı mürəkkəb həyat harada "gizlənib"?

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları bütün planetin buzla örtüldüyü buz dövrlərində mürəkkəb həyat formalarının harada gizlənə biləcəyi sualına yeni cavab tapıblar. Məlum olub ki, eukariotlar - bütün çoxhüceyrəli orqanizmlərin qədim əcdadları - ekvatorial bölgələrdə buz təbəqələrinin səthində əmələ gələn ərimiş suların kiçik gölməçələrində yaşaya bilirlər. 

HİT.az xəbər verir ki, tədqiqat "Nature Communications" (NatCom) jurnalında dərc olunub.

Belə şəraitin müasir analoqlarının - Antarktida buzlaqlarında ərimiş su gölməçələrinin təhlili göstərib ki, hətta həddən artıq soyuq və qida maddələrindən zəif şəraitdə belə onların tərkibində yosunlar, protozoa və mikroskopik heyvanlar da daxil olmaqla müxtəlif eukaryotik canlılar var. Tədqiq olunan gölməçələrin hər birində bu orqanizmlərə rast gəlinib və onların tərkibi suyun duzluluğundan asılı olaraq müxtəlif olub.

Alimlər hesab edirlər ki, belə gölməçələr yüz milyonlarla il əvvəl yarana bilərdi: buzun səthinə çıxan tünd toz və çöküntü hissəcikləri günəş istisini özünə çəkərək yerli əriməyə səbəb olub. Belə gölməçələrdə su təxminən 0°C-də qalıb və bu, potensial olaraq yaşayış üçün əlverişli mühit yaradıb.

Tədqiqatın aparıcı müəllifi Fatimə Hüseyn deyib: "Bu, həyatın davamlılığı haqqında əsl hekayədir".

Alimlər vurğulayırlar ki, hətta qlobal buzlaşma zamanı da qədim eukariotların yaşaya bildiyi oazalar olub. Bu orqanizmlər sonradan insanların, o cümlədən kompleks həyatın inkişafı üçün əsas olub.

Samir
 

Избранный
33
5
hit.az

10Источники