RU

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB2

Paytaxtın Yasamal rayonu MİDA yaşayış kompleksində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, yanğının baş verməsinə ilkin ehtimal mənzildə olan kombinin partlaması olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə dərhal FHN təcili yardım və polis əməkdaşları cəlb olub.

Faktla bağlı araşdırma aparılır.

***

23:57

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat verib.

***

23:24

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat verib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Избранный
15
16
apa.az

10Источники