RU

İsmayıllıda 4 otaqlı ev yanıb kül oldu Video

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsmayıllı rayonu Mollaisaqlı kəndində yaşayış evi yanıb.

Yenisabah.az-a daxil olan məlumata görə, Mürsəlov Nofəl Mürsəl oğluna məxsus olan 4 otaqlı evin yanmasına ilkin səbəb kimi elektrik naqilindəki qısaqapanma göstərilib.

Məlumata görə, evləri yanan ailənin üç övladı var. Onlardan ikisi yüksək nəticə ilə unveristitetə daxil olub.

Övladlarının təhsili ilə əlaqədar ev sahibi Bakıda olub. Ev sahibinin qızı Tibb Universitetində, oğlu isə Ali Neft Akademiyasında təhsil alır. 

Qeyd olunub ki, evi yanan ailə aztəminatlı ailədir. 

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
yenisabah.az

2Источники