RU

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Yenilənib

Paytaxtın Yasamal rayonu MİDA yaşayış kompleksində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Yanğının baş verməsinə ilkin ehtimal mənzildə olan kombinin partlaması olub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

23:30

 

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Bu barədə FHN-in Mətbuat Xidməti məlumat verib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Избранный
31
4
anews.az

10Источники