RU

KİV: ABŞ İranda taktiki nüvə silahından istifadəni istisna etmir

BAKI, 20 iyun. TELEQRAF

Vaşinqton İranın yerin altında yerləşən Fordo nüvə obyektinə zərbə endirmək üçün taktiki nüvə silahından istifadəni istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Ceki Heynrik “X” sosial şəbəkəsində yazıb.

"Ağ Ev rəsmisi mənə bildirdi ki, bu nəşrin (“The Guardian” - red.) məlumatı həqiqəti əks etdirmir. ABŞ hərbçiləri Fordodakı obyekti məhv etmək üçün bunker əleyhinə bombaların effektivliyinə şübhə etmir və taktiki nüvə silahı da daxil olmaqla heç bir variantı istisna etmirlər", - paylaşında deyilir.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Guardian” qəzeti ABŞ Prezidenti Donald Trampın bu obyektə zərbə endirmək üçün taktiki nüvə silahından istifadə etmək imkanını nəzərdən keçirmədiyini yazmışdı.

Избранный
40
teleqraf.com

1Источники