RU

Qalaktika 1000 rəngdə: Sculptor un misilsiz görüntüsü əldə olundu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astronomlar Yer kürəsindən 11 milyon işıq ili uzaqlıqda yerləşən "Sculptor" spiralvari qalaktikasının detallarla dolu yüksəkdəqiqlikli görüntüsünü təqdim ediblər.

Oxu.Az xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" jurnalında dərc olunub.

Foto Çilidə yerləşən Very Large Telescope (VLT) vasitəsilə 50 saatlıq müşahidə və 100 ekspozisiya nəticəsində çəkilib. Qalaktikanın ölçüsü təxminən 90 000 işıq ilidir, bu isə Süd Yolu qalaktikasından 10 000 işıq ili kiçikdir.

Yeni texnologiya sayəsində "Sculptor" 1000 fərqli rəng çalarlarında görüntülənib. Bu, onun daxilindəki ulduzlar, qaz və toz buludları haqqında daha ətraflı məlumat əldə etməyə imkan verir. Nəticədə alimlər 500 yeni planetar dumanlıq da aşkar ediblər. Bu dumanlıqlar, Günəşə bənzər ulduzların həyatının son mərhələsində buraxdığı qaz və toz qatlarıdır.

Alimlər hazırda qalaktika daxilindəki isti qaz axınlarının ulduz yaranmasına necə təsir etdiyini araşdırırlar.

Onların fikrincə, qalaktikadakı nəhəng dəyişikliklər çox vaxt kiçikmiqyaslı proseslərdən qaynaqlanır. Bu isə hələ də elm üçün sirli olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
oxu.az

1Источники