RU

Azərbaycanlı barmen Türkiyədə qətl törətdi


Türkiyədə Antalyanın Alanya mahalında, Çarşı məhəlləsində yerləşən Barlar küçəsində baş verən hadisə ölümlə nəticələnib. Müxtəlif barlarda çalışan azərbaycanlı Mahammad M. ilə türk vətəndaşı Mustafa Arslan arasında naməlum səbəbdən mübahisə yaranıb.

News24.az bildirir ki, 32gun.az-ın məlumatına görə, mübahisə tezliklə davaya çevrilib.

İddialara görə, Mahammad M. yerə düşmüş qırıq şüşə parçasını götürərək Arslanın boyun nahiyəsinə zərbə endirib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralıya ilkin müdaxilə etdikdən sonra onu xəstəxanaya çatdırıblar. Lakin bu gün axşam saatlarında Mustafa Arslan bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Şübhəli şəxs Mahammad M. polis tərəfindən saxlanılıb və dindirildikdən sonra məhkəməyə çıxarılıb. O, Sulh Cəza Hakimliyinin qərarı ilə həbs edilərək Alanya L Tipi Qapalı cəzaçəkmə müəssisəsinə göndərilib.

“Bilərək və ya qəsdən öldürməmişəm”

Məhkəmədə ifadə verən Mahammad M. deyib:

“Mustafa Arslan mənə söyüş söydü. Əlindəki qırıq şüşə ilə üstümə gəldi və mənə zərbə endirdi, qolumdan yaralandım. Bu zaman mən də yerdən bir şüşə qırıb ona tərəf savurdum. Qırıq şüşənin ona dəyib-dəymədiyini bilmirəm. Bədəninin hansı hissəsinə tuş gəldiyini də xatırlamıram. Mən Mustafa Arslanı qəsdən və ya bilərəkdən yaralamamışam. Mənə yönəldilən ittihamları dediyim qədər qəbul edirəm. Peşmanam” – deyə ifadəsində bildirib.


Избранный
13
1
news24.az

2Источники