"İsrail Müdafiə Qüvvələri iyunun 13-dən 19-dək İranda 1000-dən çox hədəfə, əsasən hərbi və nüvə obyektlərinə hücum edib. İranın qərbində çoxsaylı raket buraxılış qurğuları məhv edilib, hava məkanı nəzarətə götürülüb. Bir sıra dəqiq zərbələr "SEPAH"-ın, İran ordusunun və kəşfiyyatının yüksək komandanlığını məhv edib və doqquz nüvə alimi həlak olub. İran müharibənin ilk günlərində öz ərazisində yüzlərlə insanın həlak olduğunu və minlərlə insanın yaralandığını iddia edir.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, İsrail komandanlığının yaydığı rəsmi məlumatda belə deyilir.
“ "Aslan kimi xalq” (yaxud “Qalxan aslan”) adlı hərbi əməliyyatın məqsədi İranın nüvə və raket imkanlarına ciddi ziyan vurmaqdır.
İran pilotsuz təyyarələr və raket zərbələri ilə cavab verir. Beer-şebadakı "Soroka" xəstəxanasına hücum edilib. Bəzi raketlər Təl-Əviv, Ramat Qan, Bney Brak, Rişon Le-Zion, Bat-Yam, Holon, Tamra, Hayfa, Petah -Tikva və digər yaşayış məntəqələrinə düşüb. Ən azı 24 nəfər həlak olub, yüzlərlə insan yaralanıb", - xəbərin davamında bildirilir.