RU

Prezidentin səfərinin- VİDEOİCMALI

Bəzi benzin mühərrikləri yalnız avtomobilin deyil, hətta sahibinin də ömrünü geridə qoya bilir. Onlardan bəziləri ciddi problemlər olmadan 400-500 min kilometr məsafə qət edir, bu müddət ərzində mürəkkəb texniki xidmət tələb etmir və yanacağa qarşı "nazlı" deyillər.

Avtosfer.az xəbər verir ki, pravda.ru etibarlılığın sinonimi olan altı benzin aqreqatını təqdim edib.

Bildirilir ki, bu, sadəcə ekspertlərin subyektiv fikri deyil, həm də mexaniklərin təcrübəsinin, avtomobil sahiblərinin rəylərinin və mühərriklərin resurs statistikasının təhlilinin nəticəsidir.

1. "Toyota 1NZ-FE"

Yapon istehsalı olan 1.5 litrlik atmosferik mühərrik "Yaris", "Corolla" və "Prius" modellərində istifadə olunub. Sadə quruluşu və zəncirli zamanlama sistemi ilə tanınır. Müntəzəm yağ dəyişikliyi ilə 400-500 min kilometr məsafə qət edir. Yaponiyada bu mühərrikin 1 milyon kilometrdən çox işlədiyi hallara da rast gəlinib.

2. "Honda R18A"

"Civic" və "CR-V" sahiblərinə tanış olan bu 1.8 litrlik mühərrik yüksək dözümlülüyü ilə seçilir. Sadə texniki xidmətlə 350-400 min kilometr işləyə bilir. Xüsusilə məsafəni əsasən magistral yollarda qət edənlər üçün ideal seçim sayılır.

3. "Mitsubishi 4G63"

Əfsanəvi "Lancer Evolution" modelindən tanınan bu mühərrik daha sonralar adi sedan və krossover modellərində də tətbiq olunub. 2.0 litrlik bu aqreqat çuqun blok sayəsində 500 min kilometrə qədər problemsiz işləyə bilir. Əsas şərt mühərriki qızdırmamaq və yağ dəyişməsini vaxtında həyata keçirməkdir.

4. "Volkswagen 1.6 CFNA"

"Polo", "Rapid", "Fabia" kimi modellərdə tətbiq olunan bu mühərrik zəif dinamikasına baxmayaraq, 300 min kilometr və daha çox məsafəni problemsiz gedə bilir. Soyutma sisteminə diqqət yetirmək və keyfiyyətli yağdan istifadə etmək vacibdir.

5. "Opel Z18XE"

"Astra", "Zafira" və "Vectra" modellərində yer alan bu 1.8 litrlik mühərrik sadə və etibarlı quruluşuna görə yüksək qiymətləndirilir. 400 min kilometrə qədər işləyə bilir. Tək zəif nöqtəsi - karter ventilyasiyası və keçə sızmalarıdır.

6. "Subaru EJ20"

2.0 litrlik bu oppozit mühərrik "Legacy" və "Outback" modellərində populyardır. Soyutma sisteminə nəzarət edildiyi halda, 450 min kilometrə qədər problemsiz işləyə bilər. Avtosport tarixində də bu mühərrik özünəməxsus yerə malikdir.

Ümumi cəhətləri

Bu mühərriklərin hamısı atmosferikdir, turbin yoxdur və texniki baxımdan sadədir. Məhz bu xüsusiyyətlər onların əsas üstünlükləridir: uzunömürlü, asan təmir olunan və etibarlı. Tez-tez təmirə vaxt ayırmaq istəməyən sürücülər üçün ideal seçimdir.

Избранный
32
avtosfer.az

1Источники