RU

Aysel Əlizadə: 16 yaşından işləmişəm, salonda yer süpürürdüm

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib. 

BAKU.WS xəbər verir ki, o, aparıcı və DJ Kazım Sübhanın 106.3 FM verilişinə qonaq olarkən bu barədə danışıb. 

Aysel bildirib ki, iş həyatına 16 yaşında gözəllik salonunda başlayıb:

"35 yaşım var. Çox tez böyümüşəm. 16 yaşından işləmişəm. Hər zaman ailəmə dəstək olmaq istəmişəm. 16 yaşımdan başlayıb gözəllik salonunda işləmişəm. 1 manat alırdım. Yer süpürürdüm. Saç ustalarına kömək edirdim. Bu mənim üçün ayıb bir şey deyil".

Ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
3
baku.ws

4Источники