RU

İqtisadiyyat Universitetinin rəhbərliyi üçün tur paket hazırlamaq adı ilə dələduzluq etdi - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Akif Sadıqovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin olunmuş 1 il müddətə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək, ona 1 il müddətə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 il 6 ay cəza təyin olunub.


İttihama görə, Akif Sadıqov Bakıda turizm sahəsində fəaliyyət göstərən MMC-lərin birinin təsisçi-direktor işləyib. O, tanışı, zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) İqtisadiyyat Universitetinin rəhbərliyinin Dağıstanda keçiriləcək yeni il şənliyi proqramında iştirak etməsi üçün tur paket hazırlanması və müqabilində birlikdə qazanc əldə etmək barədə həqiqətə uyğun olmayan vədlər verib. Təqsirləndirilən şəxs 2023-cü ildə bu yolla zərərçəkmişdən ümumilikdə 25 500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.


Beləliklə, Akif Sadıqov bir neçə zərərçəkmişə qarşı tur paket hazırlamaq adı ilə ümumilikdə 99 903 manatlıq dələduzluq edib.


Kamal Məmmədov 

Tarix: 20 İyun 2025, 09:27   
Избранный
3
1
pravda.az

2Источники