Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem olmadığı bildirilib.
Redaktor.az olay.az-a istinadla xəbər verir ki, aktyorun səhhətində problem olduğu barədə yayılan məlumatlara Əməkdar artist Dilarə Əliyeva aydınlıq gətirib.
O bildirib ki, qardaşı Vüsal Murtuzəliyevin vəziyyəti hazırda yaxşıdır:
"Narahat olan hər kəsə təşəkkür edirəm. Narahatlığa əsas yoxdur. Yüksək təzyiq səbəbindən yüngül beyin qansızması baş vermişdi. Hazırda vəziyyəti stabildir, sağalmağa doğru gedir. Həkimlərimizə xüsusi təşəkkür edirəm".