Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin II turuna start verilib.
Apasport.az xəbər verir ki, A qrupunda “Palmeyras” “Əl Əhli” ilə qarşılaşıb.
Görüş Braziliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“İnter Mayami”nin rəqibi isə “Portu” olub.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. MLS klubu rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Bu nəticə ilə messinin komandası qrupdakı ilk qələbəsini qazanıb.
Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur
19 iyun
A qrupu
20:00 "Palmeyras" – "Əl Əhli" 2:0
23:00 "İnter Mayami" – "Portu" 2:1
Xal durumu: "Palmeyras" – 4, "İnter Mayami" – 4, "Əl Əhli" – 1, "Portu" – 1
B qrupu
"Sietl Saunders "– "Atletiko" 1:3
Qollar: A.Rusnak, 50 – P.Barrios, 11, 55, A.Vitsel, 47
PSJ – "Botafoqo" 0:1
Qol: İ.Xesus, 36
Xal durumu: "Botafoqo" – 6, PSJ – 3," Atletiko" – 3, "Sietl Saunders" – 0
KL: “Başakşəhər” Bolqarıstan klubuna rəqib oldu
KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB
AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
“Sabah”ın II təsnifatdakı potensial rəqibləri müəyyənləşib
DÇ: “Borussiya”dan heç-heçə, “River Pleyt”dən inamlı qələbə - YENİLƏNİB