RU

Bakıda azyaşlı oğlanlara təcavüz edən seksual manyak həbs edildi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda azyaşlı oğlanlara təcavüz etməkdə təqsirləndirilən Xanlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Ağayev 19 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, 1969-cu il təvəllüdlü Xanlar Ağayev yaşadığı Hövsan qəsəbəsində 10 və 11 yaşlı qonşularını aldadaraq onlara təcavüz edib, mütəmadi olaraq həmin uşaqlara qarşı seksual hərəkətlər edib. Xanlar təcavüzdən sonra həmin uşaqları bu barədə heç kimə məlumat verməməklə hədələyib, məlumat yayılacağı təqdirdə onları biabır edəcəyini deyib.

2024-cü ildə Xanların cinsi təcavüzə məruz qoyduğu uşaqlardan biri intihar edib. Faktla bağlı cinayət işi başlanıb və məlum olub ki, azyaşlı təcavüzə məruz qaldığı üçün özünü öldürüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində X.Ağayev saxlanılıb.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
2
oxu.az

3Источники