RU

İranın nüvə bombası yox idi, lakin... - Qrossi

İsrailin ilk bombardmanları zamanı İran nüvə silahı hazırlamamışdı.

Axar.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi İranın nüvə bombası istehsal edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Lakin onu buna aparan çoxlu element var idi. Xronoloji məsələlərə çox ehtiyatla yanaşmaq lazımdır. İraqın silahdan istifadə etməsi üçün 45 dəqiqə vaxt lazım olduğu barədə faciəli açıqlamasını hamımız xatırlayırıq”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Qrossi İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra radiasiya sızması riski olduğunu bildirmişdi.

Избранный
16
axar.az

1Источники