RU

Bakıda avtomobil qəzası adı ilə tanışını qətlə yetirənə ağır cəza verildi

Bakının Yasamal rayonu ərazisində idarə etdiyi maşını qəsdən aşıraraq sərnişi öldürməkdə ittiham olunan Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən son prosesdə oxunan hökmlə Mustafa Nəcəfov 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, dövlət ittihamçısı da onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 
Qeyd edək ki, hadisə ötən il iyulun 3-də Yasamal rayonunda baş verib. Kənar Dairəvi yolda "Cherry" markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovun isə xəsarətlər alması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.
 
Məlumata görə, ibtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
 
Mustafa Nəcəfova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham elan olunub.
Избранный
15
7
moderator.az

9Источники