RU

Süni intellekt texnologiyaları 180 milyona yaxın yeni iş yerinin yaranmasına gətirib çıxara bilər - Yusif Vəliyev

Bakı. Trend:

Süni intellekt texnologiyaları 180 milyona yaxın yeni iş yerininyaranmasına gətirib çıxara bilər.

Trend xəbərverir ki, bunu Gənclər Fondunun İcraçı direktorunun müavini YusifVəliyev "Gənclərin Süni İntellekt Forumu"nda çıxışı zamanıdeyib.

"Biz yalnız süni intellektdən istifadə etməməliyik, onunmərkəzində olmalıyıq. Gənclər süni intellekt texnologiyaları üzrəlayihlərinə dəstəklə bağlı Gənclər Fonduna müraciət edəbilərlər.

Biz Gənclər Fondu olaraq hər zaman bu tip layihələrindəstəklənməsinə, onlara qrantların ayrılmasına hazırıq. Bu günbizim əsas prioritet sahələrimizdən biri bir sıra sahələrdərəqəmsallaşmaya keçirilmədir", - o qeyd edib.

Y.Vəliyevin sözlərinə görə, süni intellekt texnologiyalarınıntətbiqi məhsuldarlığa müsbət təsir göstərə bilər:

"Bəzən hesab edilir ki, süni intellekt insanlarıntənbəlləşməsinə gətirib çıxara bilər. Amma bunu da nəzərə almalıyıqki, məhz bu texnologiyalar insanların saatlarla, günlərlə vaxt sərfetdiyi işi daha da asan və tez bir müddətə icra etməsinə səbəbolur. Eyni zamanda, bu, məhsuldarlığa da müsbət təsir göstərəbilər".

"Süni intellekt bizim rəqibimiz deyil. Bəzən bildirilir ki, süniintellekt bir çox sahələrdə insanların işini əlindən ala bilər.Amma nəzərə almaq lazımdır ki, süni intellekt, robototexnika,rəqəmsallaşma 70 milyona yaxın işi sıradan çıxaracaqsa, bundan 2-3dəfə artıq yeni iş yerinin yaranmasına səbəb olacaq. Bu baxımdan,süni intellekt bizim rəqibimiz deyil, bu texnologiyalardan uzaqduranlar bizim rəqibimizdir", - deyə Y.Vəliyev vurğulayıb.

Избранный
24
az.trend.az

1Источники