RU

"Ağzımızda pis dad var idi" - Messi "Portu" üzərində qələbədən danışdı

“İnter Mayami”nin hücumçusu Lionel Messi klublararası dünya çempionatının ikinci turunda komandasının “Portu” üzərində qazandığı qələbədən danışıb.

Fanat.Az xəbər verir ki, argentinalı superulduzun dediklərini ESPN belə təqdim edib:

"Bu, bütün komandanın böyük zəhməti nəticəsində qazanılan qələbədir. Nəinki yaxşı müdafiə olunduq, həm də topa çox yaxşı nəzarət etdik. "Əl Əhli" ilə matçdan sonra "ağzımızda pis dad" var idi.

Gənc oyunçularımız çox əsəbi idilər. Hardasa ilk hissədə rəqibdən bir az geri qaldıq, amma yenə də vacib qələbə qazana bildik".

Açılış oyununda "Əl Əhli" ilə qolsuz heç-heçəyə razılaşan “İnter Mayami” iki turdan sonra dörd xal toplayaraq A qrupunda ikinci yerdədir. "Portu" isə öz növbəsində cəmi bir xalla turnir cədvəlinin üçüncü pilləsinə düşüb.

Son turda “İnter Mayami” “Palmeyras”la pley-off mərhələsinə vəsiqə üçün mübarizə aparacaq, “Portu” və “Əl Əhli” isə qrupdan çıxmaq şanslarını davam etdirməyə səy göstəcək. Hər iki qarşılaşma iyunun 24-də keçiriləcək.

Mirağa

Избранный
3
fanat.az

1Источники