RU

DTX-nin saxladığı icra başçısı bu məmurun qohumudur

BAKI, 20 iyun. TELEQRAF

Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı Qax rayonunun icra başçısı Musa Şəkiliyev Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Musa Şəkiliyevin Qax rayonunun Əlibəyli və Ağyazı kəndlərində böyük qarğıdalı, badam plantasiyaları, Qax şəhərində isə bir neçə obyekti var.

Musa Şəkiliyevin adı şübhəli tender əməliyyatlarında da hallanır.

Избранный
30
teleqraf.com

1Источники