RU

ChatGPT-yə güvənmək düşüncə qabiliyyətini zəiflədir

BAKI, TurkicWorld

ChatGPT-dən çox istifadə edən beyinlər daha az aktiv olur.

TurkicWorld xəbər verir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən aparılan son araşdırma süni intellektdən, xüsusən ChatGPT-dən istifadə edən insanların daha aşağı beyin aktivliyi göstərdiyini üzə çıxarıb.

Tədqiqat çərçivəsində iştirakçılar üç qrupa bölünüb: heç bir alətdən istifadə etmədən yazı yazanlar, Google-dan faydalananlar və ChatGPT-dən istifadə edənlər. Elektroensefaloqrafiya (EEG) vasitəsilə aparılan ölçmələr nəticəsində məlum olub ki, ChatGPT istifadəçilərinin yaradıcılıq və yaddaşla bağlı beyin bölgələrindəki aktivlik digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif olub. Eyni zamanda bu iştirakçılar yazı keyfiyyəti və məzmun dərinliyi baxımından da daha zəif nəticə göstəriblər.

Alimlər xəbərdarlıq edirlər ki, uzun müddətli AI istifadəsi "kognitiv borc" adlanan, yəni insanın düşüncə və qərarvermə qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Mütəxəssislər süni intellekti yalnız tamamlayıcı vasitə kimi istifadə etməyi, əvvəlcə müstəqil düşünmə vərdişlərini qorumağı tövsiyə edirlər.

Qeyd edək ki, MIT-in Media Lab bölməsi tərəfindən aparılan bu araşdırma süni intellektin təhsil və gündəlik qərarvermə proseslərinə təsirini qiymətləndirmək məqsədi daşıyır. Alimlər ChatGPT-nin effektiv istifadəsi üçün insan beyninin ilkin təşəbbüs və düşünmə prosesində fəal iştirakını vacib hesab edirlər.

Избранный
14
turkic.world

1Источники