RU

Azərbaycan millisi mübarizəni dayandırıb - Dünya çempionatı

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycan millisi mübarizəni dayandırıb. SİA xəbər verir ki, komanda 1/8 finalda Almaniyaya məğlub olub - 1:4.

Bu yarışda yeganə qələbəni Zelim Kotsoyev (90 kq) qazanıb. O, Erik Abramovu məğlub edib.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edib. Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Избранный
9
5
sia.az

6Источники