RU

AYNA: Sərnişindaşımada nəqliyyat vasitələrinin 68,5 %-i GPS-lə təchiz olunub

Artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin 68,5 %-i GPS avadanlığı ilə təchiz olunub.

AzNews.az AYNA-ya istinadən xəbər verir ki, bu iş davam etdirilir. Bu nəqliyyat vasitələri Monitorinq Mərkəzi tərəfindən mütəmadi olaraq izlənilir.

Bildirilib ki, hazırda paytaxtdan ölkənin müxtəlif şəhər və rayonlarına 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir. Mövcud qanunvericiliyin tələbləri əsasında 178 reys üzrə müsabiqələr keçirilərək qalib daşıyıcılar müəyyən edilib.

Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 67 yeni və müasir avtobus cəlb olunub. Bu isə avtobus parkının 22,5 %-nin müasir nəqliyyat vasitələrilə əvəzlənməsi deməkdir.

Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr yekunlaşıb. Nəticədə mövcud avtobus parkının orta yaşı 21 ildən 10 ilə qədər azalıb.

Избранный
24
5
aznews.az

9Источники