RU

Paşinyanın müavini: Sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyirik

“Ermənistan Azərbaycanla sülh sazişini indi imzalamağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumda çıxışında deyib.
“Biz onu indi də imzalamağa hazırıq. Bizim tərəfimizdən heç bir məhdudlaşdırıcı və ya əlavə şərt yoxdur. Onu indi imzalamağa hazırıq və bunun mümkün qədər tez həyata keçirilməsini istəyirik”, - Qriqoryan bildirib.
Baş nazirin müavini həmçinin qeyd edib ki, hazırda sənədin imzalanma yeri və vaxtı ilə bağlı konkret razılaşmalar yoxdur.
Избранный
13
sherg.az

1Источники