RU

Moskva Ermənistanın bu addımından ehtiyatlanır: Hansı tədbiri görəcək?

Moskva Ermənistanın Avropaya inteqrasiyasının onun səmasının Rusiya üçün bağlanmasına gətirib çıxaracağından ehtiyat edir.

Ulusal.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Hələ yanvar ayında Rusiya hökuməti sədrinin müavini bildirib ki, ölkə İrəvanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsinə Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi baxır. Overçuk onu da vurğulayıb ki, bu baxımdan Rusiya Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl etiraf edib ki, respublika eyni vaxtda həm Aİİ, həm də Avropa İttifaqının üzvü ola bilməz və nə vaxtsa öz seçimini etməlidir.

Избранный
8
moderator.az

1Источники