RU

Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərov dəfn edilib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovla Tovuzda keçirilən vida mərasimi keçirilib.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, F.Ələsgərov Ağbaşlar kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
2
oxu.az

10Источники