Bakı. Trend:
Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının(TDT) III Diaspor Gənclərinin Forumu baş tutub. Forumda TDT-yə üzvölkələr 1+2 formatında – hər ölkədən 1 rəsmi nümayəndə və 2 diasporgənci – təmsil olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.
Bildirilib ki, forumda Azərbaycandan Diasporla İş üzrə DövlətKomitəsinin əməkdaşı Könül Əliyeva və diaspor gəncləri —Qazaxıstandan Raqif Zeynalov, Qırğızıstandan isə Aynur Əsədovaiştirak ediblər.
Könül Əliyeva çıxışında Azərbaycan və Özbəkistan arasındastrateji tərəfdaşlıq münasibətlərindən, eləcə də diaspor sahəsindəəməkdaşlığın uğurla inkişafından danışıb. O, 2022-ci ilindekabrında Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsi ilə Özbəkistan Respublikasının Mədəniyyət və TurizmNazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici ÖlkələrləDostluq Əlaqələri Komitəsi arasında imzalanan AnlaşmaMemorandumunun bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaratdığınıvə real nəticələr verdiyini vurğulayıb.
Çıxışdan sonra komitənin Türk Dövlətləri Təşkilatı iləəməkdaşlığı haqqında videoçarx nümayiş olunub.
Forum çərçivəsində Özbəkistan Respublikasının MillətlərarasıMünasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədriKaxraman Sariev ilə görüş keçirilib. Kaxraman Sariev Azərbaycanaolan ilk rəsmi səfərindən məmnunluqla bəhs edib.
Daha sonra TDT-nin baş katibinin müavini Ömer Kocamanın vəlayihə direktoru Ali Çivilerin rəhbərliyi ilə iştirakçılar arasındatəcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıqlarla bağlıtəkliflər irəli sürülüb.
Görüşün sonunda komitə adından Kaxraman Sarievə və TDT-yə xatirəhədiyyələri təqdim olunub.
Forum gənclər üçün ekskursiya ilə yekunlaşıb və yerlitelekanallarda geniş işıqlandırılıb.