RU

Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının (TDT) III Diaspor Gənclərinin Forumu baş tutub. Forumda TDT-yə üzv ölkələr 1+2 formatında – hər ölkədən 1 rəsmi nümayəndə və 2 diaspor gənci – təmsil olunub.

Forumda Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Əliyeva və diaspor gəncləri — Qazaxıstandan Raqif Zeynalov, Qırğızıstandan isə Aynur Əsədova iştirak ediblər.

Könül Əliyeva çıxışında Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərindən, eləcə də diaspor sahəsində əməkdaşlığın uğurla inkişafından danışıb. O, 2022-ci ilin dekabrında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi arasında imzalanan Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını və real nəticələr verdiyini vurğulayıb.

Çıxışdan sonra komitənin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı haqqında videoçarx nümayiş olunub.

Forum çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev ilə görüş keçirilib. Kaxraman Sariev Azərbaycana olan ilk rəsmi səfərindən məmnunluqla bəhs edib.

Daha sonra TDT-nin baş katibinin müavini Ömer Kocamanın və layihə direktoru Ali Çivilerin rəhbərliyi ilə iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıqlarla bağlı təkliflər irəli sürülüb.

Görüşün sonunda komitə adından Kaxraman Sarievə və TDT-yə xatirə hədiyyələri təqdim olunub.

Forum gənclər üçün ekskursiya ilə yekunlaşıb və yerli telekanallarda geniş işıqlandırılıb.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
2
xalqqazeti.az

3Источники